Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia edilən dəbdəbəli villaya alıcı tapılmır.
"AzPolitika"nın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bir neçə ay əvvəl 8 milyon dollara satışa çıxarılan malikanənin qiymətində birdən-birə 1 milyon dollar endirim edilib.
Hazırda 7 milyon dollar ödəyən şəxs həmin villanın yeni sahibi ola bilər. Buna baxmayaraq, hələlik son qiymətlə də razılaşan alıcı yoxdur.
Qeyd edək ki, paytaxtın mərkəzi hissəsi sayılan Tbilisi prospektində 36 sot torpaq sahəsində yerləşən bu villa Ramiz Mehdiyevin yüksək vəzifə tutduğu dövrdə tikilib. Lakin Mehdiyev son açıqlamasında həmin villanın kimə məxsus olduğunu bilmədiyini deyib.

Şərhlər
Bu ev onsuz da onun-bunun hesabımna tikilib yən mexdiyev můəllimə pulsuz baṣa gəlib.belə deyək bu evə ikiyůzmin versələr bərəkət,o da qənimətdir
Elinden alib, ushaq evi elemek lazim!!! Onda hakk edalet berpa olar!! milletin puluynan tikib, yoxsa yox ?
Hər hansı reallığa, xüsusi münasibət atmaca kimi səslənsə də, obyekt ətraf aləmi ilə ölkəmizə yeni yaşam düşüncəsi gətirib! Düz 36 sot villa Bakının mərkəzində haçan və neçəyə alınıb-özəlləşıb? *Sovet*dən dəyərsizləşən sahə-mülk sonrakı dövrdə daha yüksək dəyər almış görünür? Deməli, yeni özəl-iqtisadi üstqurum, həyati fəaliyyət hər birimizdən daha faydalı işləməyi, yüksək dəyər yaratmağı tələb edir.
Yeqin telesir.......... Veziyyet ruscadi axi........
Çox yaxşı bir azca da endirim olsa, alardım, bir azca da qənaət eləsəm, pensiyam 405 manatdır güman edirəm alma şansım olar...