Menu

Abşeronda 54 yaşlı kişi qətlə yetirilib

28.08.2025, 14:59
Abşeronda 54 yaşlı kişi qətlə yetirilib

Abşeronda qətl törədilib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, 1971-ci il təvəllüdlü Adil İmambaxışova bıçaq xəsarətləri yetirib. O, aldığı xəsarətlərdən ölüb.

Polis əməkdaşları Vüqar Abuzərovu saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol