Ukrayna Müdafiə Qüvvələrinin pilotsuz sistemləri gecə saatlarında Rusiyanın enerji infrastrukturuna növbəti zərbələr endirib.
“AzPolitika” teleqram kanallarına istinadla xəbər verir ki, Krasnodar diyarındakı Afipskiy və Samara vilayətindəki Kuybışevskiy neft emalı zavodları hədəf alınıb, hər iki obyektin ərazisində yanğın qeydə alınıb. Ukrayna Baş Qərargahı hücumları təsdiqləyib.
Rusiya tərəfi Afipskdə yanğının söndürüldüyünü açıqlasa da, obyektlərdə işin bərpası ilə bağlı detallı məlumat verilmir.
“Reuters” agentliyinin əvvəlki günlər üzrə hesablamalarına görə, son həftələrdə həyata keçirilən zərbələr nəticəsində Rusiyanın neft emalı gücünün təxminən 17%-i (təqribən 1,1 milyon barel/gün) müvəqqəti itirilib. Son hücumlar emal sektoruna təzyiqi artırmaqla yanacaq bazarında gərginliyi dərinləşdirir.
Eyni zamanda, Qərb mediası Rusiyanın müxtəlif regionlarında yanacağa çıxışda fasilələrin, növbələrin və məhdudiyyətlərin artdığını bildirir.
"AzPolitika.info"


Şərhlər