İstanbulun Çekmeköy rayonunda baş verən silahlı insident nəticəsində Alemdağ İdman Klubunun rəhbəri Tuncay Meriç kafedə naməlum şəxs tərəfindən silahlı hücum məruz qalıb.
Hadisə nəticəsində 49 yaşlı Meriç aldığı güllə yarasından dünyasını dəyişib.
İlkin məlumatlara görə, hadisə borc məsələsi ilə bağlı mübahisə zəminində baş verib. Mübahisə zamanı şübhəli şəxs yanında gətirdiyi silahla Meriçi başından vuraraq onu qətlə yetirib.
Qeyd edək ki, uzun illərdir Alemdağ İdman Klubuna rəhbərlik edən Tuncay Meriç Çekmeköy və ətraf bölgələrdə futbolun inkişafı və gənclərin idmana cəlb olunması istiqamətində fəaliyyəti ilə tanınırdı.
"AzPolitika.info"


Şərhlər