Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk rəqibləri müəyyənləşib.

"AzPolitika" xəbər veir ki, "köhlən atlar" ilk rəqibləri İngiltərənin "Çelsi" və "Liverpul" komandaları olub.

"Qarabağ” və “Çelsi” arasında görüş Bakıda keçiriləcək. Ağdam klubu “Liverpul”la səfərdə oynayacaq.

“Qarabağ”ın növbəti rəqibləri isə  "Benfika"  (Portuqaliya) və "Ayntraxt Frankfurt" (Almaniya) olub. "Qarabağ” "Benfika" ilə səfərdə, "Ayntraxt Frankfurt" ilə Bakıda oynayacaq. 

“Qarabağ”ın növbəti rəqibi Niderlandın “Ayaks” klubu olub. Bu görüş də Bakıda baş tutacaq.

Ağdam klubunun digər rəqibi İtaliyanın “Napoli” klubdur. Komandalar arasında görüş İtaliyada keçiriləcək.

“Qarabağ”ın digər rəqibi İspaniyanın “Atletik” klubu olub. Komandalar arasında görüş Bilbaoda keçiriləcək.

“Qarabağ”ın son rıqibi isə Danimarkanın “Kopenhagen” klubu olub. Komandalar arasında görüş Bakıda baş tutacaq. 

***

Səbətlərin tərkibi

1-ci səbət

PSJ (Fransa)
Real Madrid (İspaniya)
Mançester Siti (İngiltərə)
Bavariya (Almaniya)
Liverpul (İngiltərə)
İnter (İtaliya)
Çelsi (İngiltərə)
Borussiya Dortmund (Almaniya)
Barselona (İspaniya)

2-c səbət

Arsenal (İngiltərə)
Bayer Leverkuzen (Almaniya)
Atletiko Madrid (İspaniya)
Benfika (Portuqaliya)
Atalanta (İtaliya)
Villarreal (İspaniya)
Yuventus (İtaliya)
Ayntraxt Frankfurt (Almaniya)
Brügge (Belçika)

3-cü səbət

Tottenhem (İngiltərə)
PSV (Niderland)
Ayaks (Niderland)
Napoli (İtaliya)
Sportinq Lissabon (Portuqaliya)
Olimpiakos (Yunanıstan)
Slaviya Praqa (Çexiya)
Bude-Qlimt (Norveç)
Marsel (Fransa)

4-cü səbət

Kopenhagen (Danimarka)
Monako (Fransa)
Qalatasaray (Türkiyə)
Union Berlin (Almaniya)
Qarabağ (Azərbaycan)
Atletik Bilbao (İspaniya)
Nyukasl (İngiltərə)
Pafos (Kipr)
Kayrat (Qazaxıstan)

Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 16-18-də keçiriləcək.