Menu

Ukrayna Rusiyanın strateji enerji obyektini vurdu – VİDEO

29.08.2025, 15:08
Ukrayna Rusiyanın strateji enerji obyektini vurdu – VİDEO

Avqustun 29-na keçən gecə Ukrayna Silahli Qüvvələri Rusiyanın Bryansk vilayətinin Naytopoviç qəsəbəsi yaxınlığındakı xətti istehsalat stansiyasına kompleks atəş zərbəsi endirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunur ki, işğalçı ölkənin strateji obyekti Ukrayna Xüsusi Əməliyyat Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidməti ilə birgə raket və artilleriya, eləcə də Pilotsuz Sistemlər Qüvvələri tərəfindən vurulub.

Obyektin ərazisində yanğın qeydə alınıb. Zərbənin nəticələri dəqiqləşdirilir.

Stansiya magistral neft məhsulları boru kəmərləri ilə dizel yanacağını vurur. Həmin yanacaqdan o cümlədən, Rusiya ordusunda istifadə olunur. Bu qurğunun nasos gücü ildə təxminən 10,5 milyon tondur.


“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol