Menu

Rusiya Kiyevdə bazarı vurdu - Bir azərbaycanlı ölüb, bir neçəsi yaralanıb

27.09.2026, 23:59
Rusiya Kiyevdə bazarı vurdu - Bir azərbaycanlı ölüb, bir neçəsi yaralanıb

Ukraynanın paytaxtı Kiyev ətrafında mərkəzi "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücmuna məruz qalıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov ölüb.

O, bazarda ticarətlə məşğul olurmuş.

Hücum zamanı daha bir neçə azərbaycanlı yaralanıb. Onların kimliyi müəyyənləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol