Müğənni Şəbnəm Tovuzlu Rusiya sərhəddində çətinlik yaşayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı müğənni “Instagram” hesabında paylaşıb.

Şəbnəm Tovuzlu hava limanından etdiyi paylaşımda artıq 6 saatdır aeroportda gözlədiklərini və ölkəyə daxil olmalarına icazə verilmədiyini bildirib.

Şəbnəmin yanında aparıcı Çinarə Əliyevanın həyat yoldaşı Ruslan Rəsul da yer alıb. Toya gedən ifaçı hava limanında qalıb.

Qeyd edək ki, ötən gün meyxanaçı Namiq Qaraçuxurlu da Rusiyada hava limanında saxlanılıb və ölkəyə buraxılmasında problemlər yaşanıb.