Menu

Bu müğənnilərin Rusiya yalanı ifşa edildi - "Onlar bisavad kütlədən başqa heç kimə lazım deyillər...”

30.08.2025, 20:40
Bu müğənnilərin Rusiya yalanı ifşa edildi - "Onlar bisavad kütlədən başqa heç kimə lazım deyillər...”

Xəbər verdiyimiz kimi, son günlər bəzi azərbaycanlı müğənnilərin Rusiyaya buraxılmadıqları barədə informasiyalar ictimailəşdirilir. Məsələn, meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Şəbnəm Tovuzlu sosial şəbəkəlırdə belə xəbərlər yayıblar.

Onlar idda edirlər ki, Rusiyaya girişlərinə qadağa qoyulub.

Ancaq hüquqşünas Əkrəm Həsənov bunun yalan olduğunu ifşa edib.

"AzPolitika" xəbər verir ki, Əkrəm Həsənov həmin şəxslərin bu cür informasiyaları bilərəkdən ictimailəşdirdiklərini bildirib: Yeni dəb düşüb: müğənnilərimizin Rusiya hava limanlarında saxlanılmaları haqda xəbərlər yayılır. Əslində, bu, saxlanma deyil. Sadəcə, Rusiya ərazisinə buraxılmadan öncə əlavə yoxlamadır. Sırf Azərbaycanla da bağlı deyil. Ümumən Rusiyadakı faktiki hərbi vəziyyətlə bağlıdır. Mən Moskvaya iyulun 1-də, yəni bu həngamənin lap başlanğıcında getmişdim və məni də bir neçə saat buraxmadılar. Digər azərbaycanlılar kimi. Amma yalnız bizə aid deyildi. Məsələn, tacikləri də gözlətdirirdilər. Odur ki, bizim müğənnilərimiz heç bir dövləti maraq kəsb etmir ki, onları orada kimsə saxlasın. Onlar bizim əksəriyyəti bisavad və get-gedə zövqü korlanan kütlədən başqa heç kimə lazım deyillər…”.

Şərhlər

İlqar 2025-08-31 20:25:19

Tam sizinlə razıyam.özlırini güya siyasi qurban və ya vətənpərvər kimi göstərirlər.şou yaradlrlar.

Nazim 2025-08-31 07:49:49

Arada bir bu cur musahibeler, fikirler derc edilse bu milletde manislarin, awagi seviyyeli fikirlerine onem vermezler.

Cəlil 2025-08-30 13:25:52

Təşəkkürlər

Elxan 2025-08-30 12:21:49

Bəli,onlar yalnız zövqü "0" səviyyəsində olan kütləyə lazımdırlar.Rusiyanın işi-gücü qurtarıb manıslarla əlləşsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol