Menu

Əməkdar müəllimin ölkədən çıxışına "stop" qoyulub - SƏBƏB

01.09.2025, 12:51
Əməkdar müəllimin ölkədən çıxışına "stop" qoyulub - SƏBƏB

Bakının Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353,19 manat vergi borcunun olmasıdır.

İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsin üçün müraciət edilib.

Məhkəmənin qərarı ilə 1972-ci ildə Bakı şəhərində аnаdаn оlmuş direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. (Qaynarinfo)

Şərhlər

ƏNHU 2025-09-02 03:26:41

Kasıbın 3 manat borcu olan kimi dərhal qazını-işığını kəsirlər. Bəs nə əcəb bunu digər sturukturlara da tətbiq etmirlər. Elə hey eşidirik ki, filankəsə aid şirkətin 40 milyon vergi borcu var. Vergi idarəsi niyə borcun bu qədər şişməsinə şərait yaradır? Niyə bu qanunl ənimlənmir? Niyə bu ölkəyə ədalət gəlmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol