Menu

Rusiya Ursula von der Leyenin təyyarəsinin GPS sistemini sıradan çıxarıb

01.09.2025, 13:40
Rusiya Ursula von der Leyenin təyyarəsinin GPS sistemini sıradan çıxarıb

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyeni daşıyan təyyarənin GPS sisteminə Rusiya tərəfindən müdaxilə olunub və pilot təyyarəni kağız xəritəyə baxaraq endirməyə məcbur olub.

"AzPolitika" xəbər verir k, bu barədə “Financial Times”a anonim mənbələr məlumat verib.

Belə ki, avropalı diplomatı Bolqarıstanın Plovdiv şəhərinə daşıyan təyyarəyə edilən elektron hücumlar GPS sistemini sıradan çıxarıb.

Bildirilib ki, təyyarənin pilotları Plovdiv şəhərinin hava limanına enmək üçün kağız xəritələrdən istifadə etməyə məcbur olublar.

"Hava limanının bütün ərazisində GPS söndürülüb", - nəşrin mənbələrindən biri bildirib. "Bu, şübhəsiz ki, (kənar) müdaxilə səbəbindən baş verib".

Bolqarıstan Hava Nəqliyyatı İdarəsi "Financial Times"a verdiyi açıqlamada müdaxilə faktını təsdiqləyib.

Qeyd olunub ki, hava limanı ətrafında bir saat uçduqdan sonra təyyarənin pilotu analoq xəritələrdən istifadə edərək onu əllə yerə endirmək qərarına gəlib.

Fon der Lyayen avqustun 31-də Baltik ölkələri, Finlandiya, Polşa, Rumıniya və Bolqarıstana turne çərçivəsində Bolqarıstana səfər edib.

Həmin vaxt Ursula von der Leyen Polşanın Varşava şəhərindən Bolqarıstanın Plovdiv şəhərinə gedirmiş.

Avropanın ali diplomatı sözügedən şəhərə Bolqarıstanın Baş naziri ilə silah-sursat zavodunu gəzmək üçün səfər edib.

Von der Leyen həmin təyyarə ilə də Plovdiv şəhərini tərk edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol