Menu

Bakıda fiziki zorakılığa məruz qalan uşaq sığınacağa yerləşdiriləcək

01.09.2025, 17:29
Bakıda fiziki zorakılığa məruz qalan uşaq sığınacağa yerləşdiriləcək

Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır.

Bu barədə DİN Mətbuat Xidmətidən  bildirilib. Qeyd olunub ki, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib: "Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsilə üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür".

Qeyd edək ki, Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasısnın vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol