Menu

Türkiyədə partlayış olub - 10 nəfər yaralanıb

01.09.2025, 20:55
Türkiyədə partlayış olub - 10 nəfər yaralanıb

Türkiyənin Aydın vilayətində partlayıcı maddələr istehsal edən müəssisənin məhvetmə sahəsində partlayış olub.

Türkiye" qəzeti xəbər verir ki, hadisə Çine rayonunda qeydə alınıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində ikisi jandarm, biri polis əməkdaşı olmaqla 10 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Aydın valisi Yakup Canbolatın sözlərinə görə, hadisəyə səbəb partlayıcı maddə daşıyan maşının aşması olub. Bundan sonra ərazidə partlayış baş verib. O, həmçinin xəstəxanaya yerləşdirilənlərin vəziyyətinin qənaətbəxş olduğunu bildirib. ("Report" ")

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol