Menu

Masazırda ev yandı - Ölənlər var + VİDEO

02.09.2025, 09:54
Masazırda ev yandı - Ölənlər var + VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evi yanıb.

Bu haqda FHN-dən məlumat verilib.

Yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bunlar 1949-cu il təvəllüdü Xanım Ağakərim qızı Əliyeva və onun qızı, 1967-ci il təvəllüdlü Reyhan Oruc qızı Əliyevadır. 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.






Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol