30 avqustda Lvovda öldürülən Ukrayna Ali Radasının keçmiş spikeri, “Maydan” hərəkatının liderlərindən biri olmuş Andrey Parubiyin qətli ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, dünən onun xatirəsini yad etmək üçün Kiyevdə, “Maydan Nezalejnosti” meydanında yüzlərlə insan toplaşıb. Lvovda isə Parubiyə vida mərasimi əsas yunan-katolik məbədi – Müqəddəs Yuriy kafedralında keçirilib.
İstintaqın versiyasına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs özü bildirib ki, Lvovda yaşayır və Parubiyi dəfələrlə gördüyünü deyib. O, qətl üçün əvvəlcədən hazırlaşaraq silah, velosiped və qoruyucu dəbilqə alıb, saxta sənədlərlə isə avtomobil əldə edərək deputatın hərəkətlərini izləyib.
Məsələni daha da qalmaqallı edən isə Rusiyanın bu işdəki roluna dair iddialardır. Ukraynanın “5-ci Kanal”ı öz mənbələrinə istinadla yazıb ki, Rusiya xüsusi xidmət orqanları şübhəlini şantaj edərək, ona ölmüş oğlunun – Ukrayna Silahlı Qüvvələrinin hərbçisinin cəsədinin harada olduğunu açıqlayıb. Lvovun “Vısokiy Zamok” nəşri isə yazır ki, ruslar atasının faciəsindən istifadə edərək, “oğlunun cəsədini geri qaytarmaq müqabilində hər hansı tanınmış ukraynalı siyasətçinin qətlini sifariş ediblər”. Hazırda bu məlumatlar istintaq tərəfindən yoxlanılır.
“AzPolitika.info”


Şərhlər
Buyurun bu da rus milletinin exlaqının ,insanlığının bariz nümunesi:Oğlu ölmüş bir atata ne teklif edibler.Bu millet ve dövlet yer üzünden yox olsa dünya rahat olar.Ancaq teesssüf ki,murdar eskiye od düşmür.