Menu

"Qarabağ" hücumçu mövqeyinə onu düşünür - Juninyo yenidən Ağdam klubuna qayıdacaq

02.09.2025, 11:49
"Qarabağ" hücumçu mövqeyinə onu düşünür - Juninyo yenidən Ağdam klubuna qayıdacaq

“Qarabağ” FK-nın “Flamenqo”ya transfer etdiyi hücumçu Olavio Juninyonu yenidən komandaya qaytardığı barədə xəbərlər yayılıb.

Məlumata görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib.

Qeyd edək ki, braziliyalı futbolçu bu ilin yanvarında 5 milyon avroya "Flamenqo"ya transfer olmuşdu. Onun Braziliya klubunda karyerası istədiyi kimi getməyib və əsasən ehtiyatda qalıb.

"Qarabağ"da uğurlu çıxışı ilə yadda qalan Juninyo çıxdığı 81 oyunda 42 qol vurub.

Klubun oyunçunu transferini bu gün rəsmiləşdirəcəyi bildirilir. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol