Menu

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb

02.09.2025, 11:48
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb

Əfqanıstanın şərqində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.

Bu barədə "Report" xarici mediaya istinadən məlumat verir.

Təbii fəlakət nəticəsində ən azı 3 min nəfər yaralanıb.

"Zərərçəkənlər təxliyə olunur, buna görə də bu rəqəmlər əhəmiyyətli dərəcədə dəyişə bilər", - Əfqanıstanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinin nümayəndəsi bildirib.

Xatırladaq ki, bazar günü gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol