Menu

ARDNF 8 ayda büdcə öhdəliyini tam icra edib

02.09.2025, 12:02
ARDNF 8 ayda büdcə öhdəliyini tam icra edib

Bu ilin yanvar-avqust aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 9 milyard 654 milyon manat təşkil edib.

"AzPolitika" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.

Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 8 aylıq ödəniş tam icra edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol