Menu

Rəssam, pivə satıcısı, muzey bələdçisi... – Paşinyanın oğlunun nə ilə məşğul olduğu məlum olub

02.09.2025, 12:12
Rəssam, pivə satıcısı, muzey bələdçisi... – Paşinyanın oğlunun nə ilə məşğul olduğu məlum olub

Nikol Paşinyanın oğlu Aşot Paşinyan bir müddət əvvəl Ermənistan Milli Rəsm Qalereyasının rəhbərliyinə onu işə götürmək xahişi ilə müraciət edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Hraparak” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzetin yazdığından belə məlum olur ki, Paşinyanın oğlu rəssamlıqla məşğuldur və xeyli vaxtdır ailəsindən ayrı yaşayır. Rəsm qalereyasına müraciət etməsi isə işsiz qalmasıyla bağlıdır: "Aşot qalereyada bələdçi işləmək istəyir. O, yeni rəssamlardan biridir. İlk sərgisi iki il əvvəl olub. Hərbi xidmətdən sonra təhsilini yarımçıq qoyub. Bir müddət pivə satıcısı işləyib, sonra isə rəssamlıqla məşğul olub. Əsasən ailəsindən ayrı yaşayır, son vaxtlar isə Ararat rayonunun kəndlərindən birindədir. Rəsm qalereyasında işə düzəlməklə görünür, ictimaiyyətə sübut etməyə çalışır ki, o, ailəsi kimi büdcə pulu ilə deyil, öz pulu ilə yaşayır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol