Menu

"Rusiya raketinə Haaqaya çatmaq üçün 5-10 dəqiqə lazımdır" - NATO Baş katibi xəbərdarlıq edib

02.09.2025, 18:54
"Rusiya raketinə Haaqaya çatmaq üçün 5-10 dəqiqə lazımdır" - NATO Baş katibi xəbərdarlıq edib

NATO-nun Baş katibi Mark Rutte Alyansın müttəfiqlərinə xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, Baş katib Mark Rutte bu gün Lüksemburqda keçirilən mətbuat konfransında deyib ki, hətta Rusiya ilə birbaşa həmsərhəd olmayan ölkələr də Rusiyanın ən yeni raket texnologiyaları səbəbindən təhlükə altındadır.

Onun sözlərinə görə, rusların təhdidi hər gün artır.

Rutte müttəfiqləri sadəlövh olmamağa çağıraraq əlavə edib ki, bu məsələ nə vaxtsa Lüksemburqu, eyni zamanda, onun ölkəsi Niderlandı da narahat edə bilər.

“İndi hamımız təhlükəsizlikdəyik, Rusiyadan uzaq olduğumuzu düşünürük, amma xüsusilə Rusiyanın ən yeni raket texnologiyaları kontekstində təhlükəyə çox yaxınıq. Hazırda Litva ilə Lüksemburq, Haaqa və ya Madrid arasındakı fərq cəmi 5–10 dəqiqədir. Bu, Rusiyanın raketlərinin həmin Avropa bölgələrinə çatması üçün lazım olan zamandır”, - Rutte qeyd edib.

Şərhlər

ƏNHU 2025-09-03 03:52:26

Belə də NATO katibi olarmı? Bu sözlər mətbuata deyiləsi sözlərdirmi? Adam Puinin dediyini deyir. Rusiyaya qol-qanad verir. Gəlin Rusiyadan qorxaq mesajını çatdırır. Müasir qərbdə zəkalı və xarizmatik bir lider görmədik.

Oxucu. 2025-09-02 20:02:58

Bir sözlə "Şakaya pul lazımdır" yoxsa xortan Avropanı yeyəcək.Allah bu şantajyor düşüncələrin axrını xeyirli etsin,yoxsa belə düşüncəsiz şantajyorlar yaşadığımız planeti zəhərləyə bilərlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol