Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak ediblər.
"AzPolitika" “Caliber”ə istinadən xəbər verir ki, parad başlamazdan öncə Pekindəki Tiananmen meydanında Azərbaycan və Rusiya liderlərinin qeyri-rəsmi formatda təmasları olub.
Belə ki, otağa daxil olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə xanımı Mehriban Əliyevanı salamlayıb.
Görüntüləri təqdim edirik:

Şərhlər
Kim nə deyir desin, indiki həssas dönəmdə, Rusiya ilə Azərbaycan arasında 3 aya yaxındır sürən siyasi gərginliyin sona erməsinin, hər iki ölkə, xüsusə də Azərbaycan üçün faydası var. Və bu da təbiii ki, iki ölkə başçsının bax beləcə birgə siyasi iradəsindən keçir. Yoxsa ki, bu iki Şəxsdən başqa hər iki tərəfdən, başqa "danışanlar" sadəcə bir təferrüatdır. Bir də ki, unutmamalıyıq ki, Azərbaycan Dövlət Başçısı xarici siyasətdə unikaldır və bu səbəbdən də o nəyin nə zaman və necə olacağını özü demişkən gözəl bilr. O cümlədən də Rusiya ilə bağlı.