"Apple" sentyabrın 9-da keçiriləcək təqdimat mərasimində iPhone 17 seriyasını ictimaiyyətə təqdim edəcək.
"AzPolitika" xəbər verir ki, bu il sürprizlərdən biri “plus” modellərini əvəz edəcək yeni iPhone 17 Air olacaq. Seriyaya həmçinin iPhone 17, iPhone 17 Pro və iPhone 17 Pro Max daxil olacaq.
Məlumata görə, yeni nəsil cihazlar böyük texnoloji yeniliklərlə gələcək. Bununla belə, qiymət artımı ilə bağlı iddialar olsa da, "Apple" bu il bütün modellərdə bahalaşmaya getməyəcək. Yalnız iPhone 17 Pro modelində baza yaddaş tutumunun artırılması səbəbilə qiymət dəyişə bilər.
Gözlənilən qiymətlər belədir:
- iPhone 17 – 128 GB yaddaşla 799 dollar;
- iPhone 17 Air – nazik korpuslu bu modelin qiyməti iPhone 16 Plus-a bənzər olacaq: 899 dollar;
- iPhone 17 Pro – JPMorgan hesabatına əsasən, $100 bahalaşma ilə 1,099 dollar qiymətindən (256 GB yaddaş) satışa çıxacaq;
- iPhone 17 Pro Max – dəyişiklik gözlənilmir. 1199 dollar qiymətindən satışa çıxacağı proqnozlaşdırılır.
"AzPolitika.info"


Şərhlər