Menu

Azərbaycan Bəhreyndə səfirlik təsis edəcək

03.09.2025, 15:01
Azərbaycan Bəhreyndə səfirlik təsis edəcək

Azərbaycanın Bəhreyn Krallığında Səfirliyi təsis ediləcək.

Bu barədə məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçirilməsi nəzərdə tutulan iclasının gündəliyinə daxil edilib.

İclasda "Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, ümumilikdə komitənin iclasının gündəliyində 8 məsələnin müzakirəsi yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol