Menu

Tramp yaxın günlərdə Putinlə danışıq aparacaq - "Narazı olsaq, tədbirlər görəcəyik"

03.09.2025, 20:41
Tramp yaxın günlərdə Putinlə danışıq aparacaq  - "Narazı olsaq, tədbirlər görəcəyik"

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə danışıq aparacağını açıqlayıb.

"Report"un xəbərinə görə, bunu Tramp Ağ Evdə Polşa Prezidenti Karol Navrotski ilə görüşü zamanı deyib.

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyəti tənzimləmək məqədilə Rusiyaya təsir etmək üçün heç bir tədbir görməməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

Belə ki, Tramp təfərrüatlara varmadan Rusiyanın Ukrayna ilə bağlı addımlarından narazı qalacağı təqdirdə ABŞ-nin hərəkətə keçəcəyini və tədbirlər görəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol