Menu

Biləsuvarda ağır yol qəzası olub, ölən və yaralananlar var

03.09.2025, 23:03
Biləsuvarda ağır yol qəzası olub, ölən və yaralananlar var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. Hadisə Bakı-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki minik və bir yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol