Menu

Portuqaliyada funikulyor relsdən çıxaraq qəzaya uğrayıb, 15 nəfər ölüb

04.09.2025, 00:01
Portuqaliyada funikulyor relsdən çıxaraq qəzaya uğrayıb, 15 nəfər ölüb

Portuqaliyanın paytaxtı Lissabonda məşhur “Gloria” funikulyoru relsdən çıxaraq qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə "Correio da Manha" qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 15 nəfər həlak olub, daha 18 nəfər isə yaralanıb.

Qeyd edilir ki, funikulyor qəfil idarəetmədən çıxaraq küçə ilə eniş edən zaman binaya çırpılıb.

Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Hadisə ilə əlaqədar Lissabonda üç günlük matəm elan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol