Menu

HƏMAS bütün girovları buraxmağa hazır olduğunu açıqlayıb

04.09.2025, 09:00
HƏMAS bütün girovları buraxmağa hazır olduğunu açıqlayıb

HƏMAS hərəkatı İsraillə genişmiqyaslı razılaşma çərçivəsində bütün girovları buraxmağa hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında məlumat verilib.

Razılaşmaya Qəzza sektorunda döyüş əməliyyatlarının tam dayandırılması da daxil olmalıdır.

HƏMAS həmçinin razılaşma ilə birlikdə bütün sərhəd-keçid məntəqələrinin fəaliyyətinin bərpa edilməsini və Qəzzanın yenidənqurma işlərinə başlanmasını tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol