Menu

"Putin və Zelenski hələ danışıqlara hazır deyillər" - Tramp

04.09.2025, 10:39
"Putin və Zelenski hələ danışıqlara hazır deyillər" - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında prezidentlər Vladimir Putin və Volodimir Zelenskinin şəxsi danışıqların perspektivi ilə bağlı qeyri-müəyyənliyin artmasına baxmayaraq, sülh sazişinin bağlanması ideyasına sadiq qaldığını bildirib.

"Report" xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində deyib.

D.Tramp öz mövqeyini realist-optimist kimi xarakterizə edib. O qeyd edib ki, hər iki liderin bu məsələni necə həll etməyə çalışdığını diqqətlə izləyir.

"Mən bunu müşahidə etdim və bu barədə (ikitərəfli danışıqlar zamanı - red.) Putin və Zelenski ilə danışdım. Nəsə baş verməlidir, amma onlar hələ hazır deyillər. Biz öz məqsədimizə çatacağıq", - ABŞ Prezidenti bildirib.

Bununla belə, Ağ Ev rəhbəri vurğulayıb ki, Rusiya və Ukrayna arasında sülhün əldə olunması əvvəllər düşündüyündən daha çətin olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol