Cənubi Koreya ssenarisi Ukraynaya yaramayacaq.
“AzPolitika” xəbər verir ki, bunu “Le Point” nəşrinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski bunu onunla izah edib ki, Cənubi Koreya ilə rəsmən müharibə vəziyyətində olan Şimali Koreyanı əhali sayına və hərbi imkanlarına görə Rusiya ilə müqayisə etmək doğru deyi: “Şimali Koreyanın əhalisi 20 milyondan bir qədər artıqdır, Rusiyada isə əhali 140 milyondan çoxdur. Cənubi Koreya modelini tam olaraq kopyalamaq, yəqin ki, təhlükəsizlik baxımından Ukraynaya yaramayacaq. Lakin digər tərəfdən, onun iqtisadi modeli yaxşı nümunədir”.
“AzPolitika.info”


Şərhlər