Menu

Prezident səfiri geri çağırdı - Həyat yoldaşı da səfirdir... (Yenilənib)

04.09.2025, 22:16
Prezident səfiri geri çağırdı - Həyat yoldaşı da səfirdir... (Yenilənib)

Xəbər vediyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"AzPolitika" "modern.az”a istinadla xəbər verir ki, Hüseyn Hüseynov Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır.

Cütlüyün iki övladı var.

Qeyd edək ki, Hüseyn Hüseynov 19 aprel 2021-ci ildən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı.

***

Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, H.Hüseynov Prezidentin müvafiq sərəncamı ilə 2021-ci ildə Bolqarıstana səfir təyin olunmuşdu. 

Şərhlər

Moranlı 2025-09-04 21:21:33

Ailə üzvülərindən yenə də səfir olanı varmı?Yaxşı olarki onu həyat yoldaşının səfir olduğu ölkəyə səfirin 1-ci müavini təyin etsinlər…

Lətif 2025-09-04 21:10:45

maşallah!Ər Bolqarıstanda.arvad Fransada.Bəs ailə harada?Uşaqlar kiminlə?

Vüsal 2025-09-04 18:22:14

Azəraycan XİN ailə podratı üsulu ilə çalışır?Ər Bolqarıstanda.arvad Fransada!Əcəb nazirlikdir.Ona görə ölkə bu gündədir.Qohumbazlq,qarışıq millilik və sair eybəcərliklər ölkəni bərbad günə salıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol