Menu

Əfqanıstan hakimiyyəti dünyadan yardım istəyir – Zəlzələdə ölənlərin sayı artır

04.09.2025, 16:45
Əfqanıstan hakimiyyəti dünyadan yardım istəyir – Zəlzələdə ölənlərin sayı artır

Əfqanıstanda avqustun 31-də baş vermiş 6 bal gücündə zəlzələdə ölənlərin sayı 2200-ü keçib.

“AzPolitika” xəbər verir ki, bu barədə "Taliban" hökuməti məlumat verib.

Ən son məlumata görə, ölənlərin sayı 2217 nəfərdir, təxminən 4000 nəfər isə xəsarət alıb. Ən böyük itki Pakistanla sərhəddə yerləşən dağlıq Kunar vilayətində qeydə alınıb. Xilasetmə işlərinin davam etdiyi bildirilir. Əfqanıstan hakimiyyəti beynəlxalq ictimaiyyətdən yardım istəyib.

“Xeyli sayda insan həyatını və evini itirib. Bizə yardım lazımdır,” – Səhiyyə Nazirliyinin sözçüsü Şarafat Zaman “Reuters”ə bildirib.

“Amnesty International” təcili humanitar yardım çağırışı edib. Londonda yerləşən bu təşkilat "Taliban"ı xilasetmə əməliyyatlarını çətinləşdirdiyinə görə tənqid edib. 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol