Naxçıvanda istirahət mərkəzlərinin birində bədbəxt hadisə baş verib.
“AzPolitika” “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Belə ki, istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb. Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.
Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Baş verən hadisələrlə bağlı araşdırma aparılır.


Şərhlər