Menu

"Nəhayət ki, Rusiyadan siqnallar eşidirik" - Zelenski

05.09.2025, 14:55
"Nəhayət ki, Rusiyadan siqnallar eşidirik" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Avropa İttifaqına üzv olmaq məqsədinin Ukraynanın “qanuni seçimi” olduğu fikrinə münasibət bildirib.

"Unian“  xəbər verir ki, Zelenski Putinin Ukraynanın Aİ-yə üzvlük məsələsini gec qəbul etdiyini vurğulayıb.

"Nəhayət ki, Rusiyadan siqnallar eşidirik. Onlar artıq Ukraynanın Avropa İttifaqına üzvlüyünü qəbul edirlər. Təəssüf ki, bu reallığı gec qəbul edirlər. Hətta 2013-cü ildən Rusiya belə sadə qənaətə gəlməli idi. Amma indi bunu eşitmək lazımdır”, - Zelenski qeyd edib.(apa)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol