Menu

Hindistan və Rusiyanı Çinə uduzduq - TRAMP

05.09.2025, 14:56
Hindistan və Rusiyanı Çinə uduzduq - TRAMP

ABŞ Prezidenti Donald Tramp Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son sammiti ilə bağlı paylaşım edərək, Çin, Rusiya və Hindistan liderləri arasındakı yaxınlaşmaya diqqət çəkib.

“AzPolitika” xəbər verir ki, Tramp “Truth Social” hesabında sammit zamanı çəkilmiş bir foto paylaşaraq yazıb:

“Görünür ki, Hindistan və Rusiyanı ən dərin və ən qaranlığa - Çinə uduzduq. Arzu edirəm ki, onlar birlikdə uzun və rifahlı gələcəyə sahib olsunlar”, - Tramp qeyd edib.

Paylaşılan fotoda Çin lideri Si Cinpin qapıdan çıxarkən yanında Rusiya Prezidenti Vladimir Putin, arxasında isə Hindistanın Baş naziri Narendra Modi görünür.

Tramp bildirib ki, Hindistanla ABŞ arasında gərginlik davam edir. Buna səbəb Hindistanın Rusiyadan neft alışı ilə bağlı ABŞ-ın əlavə tariflər tətbiq etməsidir. Onun sözlərinə görə, Baş nazir Modinin Vaşinqtonun zənglərinə cavab verməməsi münasibətləri daha da mürəkkəbləşdirir.

ABŞ Prezidenti həmçinin vurğulayıb ki, Rusiya Prezidenti Putinlə Alyaskada keçirilən görüş ümumilikdə müsbət qiymətləndirilsə də, Ukraynadakı müharibənin dayandırılması məsələsində irəliləyiş əldə olunmayıb. Tramp bu səbəbdən “məyusluq” hissi keçirdiyini qeyd edib.

Qeyd edək ki, Tramp bir neçə gün əvvəl Pekində keçirilən hərbi parad zamanı Putin, Si Cinpin və Şimali Koreya lideri Kim Çen In-in iştirakına da münasibət bildirmişdi. O, bu liderlərin ABŞ-a qarşı "komplolar qurduğunu" ironik şəkildə qeyd etmişdi. Kremlin nümayəndələri isə Trampın bu açıqlamalarını zarafat kimi dəyərləndiriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol