Menu

“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor

05.09.2025, 19:58
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor

“Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər”. Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib.

O, buna səbəb olaraq havaların isti olmasını göstərib.

Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb: “Uşaqlar ordadır da, universiteti özləri idarə edirlər. Universiteti isə təqaüdə çıxmaq üçün yox, işləmək üçün yaratmışıq”.

Səhhəti barədə isə söz açan Ə.Vəliyev deyib ki, problem qocalıqla bağlıdır: “Səhhətimlə bağlı müalicələr gedir”.

Şərhlər

Roma 2025-09-06 09:10:12

Niyə çıxasan ki, sağ olsun pullu ödənişlərin hesabına bəy balası kimi yaşayırsan...mənim kimi 300 manat pensiya umuduna qalmamısan...

İ.İsmayıl 2025-09-05 22:30:32

Hörmətli Əhməd müəllim, siz Universiteti elə qurub yaratmısınız ki, ölkəmizdə fəaliyyət göstərən ən nümunəvi Təhsil ocağıdır. Bu Universitetdə təhsil alan tələbələr , qurtardıqdan sonra öz peşləri üzrə iş rahat tapırlar, çünki savad əldə ediblər. Həmdə Universitetdə olduqca savadlı müəllimlər tələbələrə dərsləri tədris edirlər. Universitetdə əmək və icra intizamı, səliqə-səhman, nizam-intizam hökm sürür. Sizə bir vətəndaş kimi, xalqımıza yüksək səviyyəli bit Təhsil ocağı yaratdığınıza görə öz dərin minnətdarlığımı bildirirəm və Allah sizi qorusun deyirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol