Daşkəsən rayonuna, o cümlədən Alaxançallı kəndi ərazisinə qısamüddətli leysan xarakterli yağış yağıb. Kənddən keçən Gəncə çayında su çoxalıb.
Bu barədə "Report"a rayonun Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Bayramov məlumat verib.
O bildirib ki, kənddən keçən Gəncə çayında su çoxalıb, hazırda hər hansı təhlükəli vəziyyət müşahidə olunmur: "İntensiv yağış fəsad törətməyib. Ərazidə həyat normal axarında davam edir".


Şərhlər