Menu

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı – Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05.09.2025, 22:24
Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı – Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

Rusiya Federasiyasında hələ də əsirlikdə olan 2577 ukraynalı hərbçi var.

“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın itkin düşmüş şəxslər üzrə müvəkkil Artur Dobroserdov ATƏT-in tədbirində deyib.

O qeyd edib ki, 680 nəfər, o cümlədən 91 mülki şəxs haqqında məlumat Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən hələlik təsdiqlənməyib. Bundan əlavə, əvvəl əsir düşdüyü güman edilən 8 nəfərin həlak olduğu müəyyən edilib.

Dobroserdovun sözlərinə görə, Rusiyanın ATƏT öhdəliklərini pozması və beynəlxalq humanitar hüququn digər pozuntuları ilə bağlı beynəlxalq səviyyədə hesabat dərc ediləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol