Menu

Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirdi

06.09.2025, 00:38
Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirdi

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib.

Report" xəbər verir ki, ABŞ Prezidenti müvafiq sərəncamı Oval ofisdə kameralar qarşısında imzalayıb.

Trampın sözlərinə görə, ABŞ heç kimin rəqabət apara bilməyəcəyi "dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına" malikdir. O əlavə edib ki, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsi də "eyni aqibətlə" üzləşəcək.

Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib: "Biz istənilən müharibədə qalib gələ bilərdik, lakin biz siyasi cəhətdən korrektəyə məcbur olduq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol