DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub.
"Report"un məlumatına görə, Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.
İslandiya millisinin heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib. İsak Berqmann Yohannesson isə dubla imza atıb (47 və 56-cı dəqiqələr). Digər qolları Albert Qudmundsson (63-cü dəqiqə) və Kristian Hlinisson (73-cü dəqiqə) Azərbaycan yığmasının qapısından keçirib.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını sentyabrın 9-da, Ukrayna millisinə qarşı keçirəcək. Bu görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Şərhlər
Axsaq ulağın kor nalbəndi olar.Azərbaycanda idmanı kommersiya çevirəndə,xaricdə şübhəli məşqçi dəvət edəndə.məsələyə ciddi yanaşmayanda...oyunçular müntəzm məşq etməyəndə hansı nəticə olacaqdı?Efirərdə,mətbuatda pafoslu çıxışlarlaməsələhəll olunmur.Ölkədətək futbolb halda deyi ki? Digər növlər bundan da bərbaddır.niyəAzərbaycanda idman bu hala salınıb?
Məşqçi oyun öncəsi qələbədən dəm vururdu.
AFFA Azərbaycan futbolunu bərbad günə qoyub, Azərbaycan futbol Azarkeşləri buna layiq deyil. Bunun hesabını AFFA verməlidir, Hələ qarşıda daha çətin olacaq Ukrayna, Fransa oyunları Affa rəhbərliyi istefa verməlidir.
Budur Affa rəhbərliyi Azərbaycan futbolundakı inkişaf, yoxsa siz öz Maddi mənafeyini inkişaf etdirir siz , dərhal Azərbaycan futbol federasiyaları assosiasiyası, rəhbərliyi və məşqçiləri istefaya getməlidir.
Biabərçılıq!Məşqçilər qovulmalıdır!Oyunçular isə yeni vəbacarıqlı gənclərdəb hazırlanmalıdır.Azərbaycanda bir az idman mormaisi.Onu da yalan. alver məhv etdi.