Menu

"Utanırıq..." - "Azarkeşlərdən üzr istəyirəm"

06.09.2025, 09:25
"Utanırıq..." - "Azarkeşlərdən üzr istəyirəm"

Futbol üzrə Azərbaycan yığmasının üzvləri böyükhesablı məğlubiyyətə görə utanc hissi keçirirlər.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.

O, DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb: "Belə nəticəyə görə çox utanırıq. Bu hesabla uduzmamalı idik. Hesabın bu qədər böyük olacağını düşünməmişdik. Azarkeşlərdən üzr istəyirəm. Onlar elə bilməsinlər ki, bu cür məğlubiyyətlərdən sonra biz sevinirik".

Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb

Şərhlər

Reallıq 2025-09-06 10:57:57

Pubilka üçün belə çıxışlarla iş düzəlmir.Siz utanc hissi keçirən olsaydınz zamanında yeyib içib yatmazdınz.ciddi hazırlaşıb ölkənin imicini qorumağı düşünərdiniz.Bir sıra tənbəllərlə (seyid cəddinə arxayın olan kimi) və təcrübəsiz trenerlərlə də belə nəticə gözlənilən idi.Azərbaycanda idmanı kommersiya vasitəsinə çevrəndə necə olmalı idi ki?Xaricdən idmançlara xeyi vəsait sərf etmək əvəzinə ölkədə idmançı hazırlığl yaddan niyə çıxarılıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol