Menu

"Axı nəyə görə istefa verməliyəm?" - Fernandu Santuş utanmır

06.09.2025, 09:27
"Axı nəyə görə istefa verməliyəm?" -  Fernandu Santuş utanmır

Azərbaycan millisi ilə müqavilə müddətim davam edir.

"Report"un Reykyavikə ezam olunan əməkdaşının məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Mütəxəssis İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb: "İlk hissədə yaxşı müdafiə oluna bildik. İstəyirdik ki, müdafiədən oynayaraq əks-hücumlara bel bağlayaq. İlk hissənin sonlarında künc zərbəsindən qol buraxdıq. Fasilədə futbolçulara sakit olmalarını tapşırdım. Təəssüf ki, ikinci qolu buraxdıqdan sonra komanda tamamilə özünü itirdi. Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik. Axı nəyə görə istefa verməliyəm?".

Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Şərhlər

TARİX 2025-09-07 07:00:47

FUTBOLDAN XƏBƏRİ OLMAYAN AFFA UTANMALI ,XƏCALƏT CƏKMƏLİ VƏ İSTEFA VERMƏLİDİR.AFFA DA İŞƏYƏNLƏRİN ƏKSƏRİYYƏTİNİN BU İDMAN NÖVÜ İLƏ ƏLAQƏSİ YOXDUR.

Vasif 2025-09-06 17:54:42

Utanmasan oynamağa nə var ki! Belə məğlubiyyət üçün Qurbanov da.AFFA-da utanmalı.bacarqsızlıqlarından xəcalət çəkməlidirlər. Belə biabrçı komanda yetişdirmklə ortaya çıxmaq xəcalətdir.bu ciddi araşdırılmalı.səbəblər aydınlaşdırılmalı və cəmiyyətə çatdırılmalıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol