Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanı vasitəsilə xarici səfərə uçub və sentyabrın 6-na keçən gecə Ermənistana qayıdıb.
“AzPolitika” xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan öz sosial şəbəkə səhifəsində yazıb.
Baqdasaryan qeyd edib ki, rəsmi Bakı bununla bağlı Ermənistanın müraciətinə müsbət cavab verib: “Avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq qurumları Ermənistanın Baş nazirinin təyyarəsinin uçuşu üçün Azərbaycandan icazə istəyib və müsbət cavab alıb. Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində əməli addım kimi qiymətləndiririk. Nəzərinizə çatdırım ki, Azərbaycan təyyarələri uzun müddətdir ki, Azərbaycanın əsas hissəsilə Naxçıvan Muxtar Respublikasının hava limanları arasında əlaqəni Ermənistan Respublikasının hava məkanı vasitəsilə təmin edir”.
“AzPolitika.info”


Şərhlər