Menu

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb

06.09.2025, 10:31
Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 2 dollar ucuzlaşıb. 

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,99 ABŞ dolları və ya 2,8% azalaraq 67,48 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,47 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol