Menu

Tramp Venesuelanı təyyarələrini vurmaqla hədələyib

06.09.2025, 10:38
Tramp Venesuelanı təyyarələrini vurmaqla hədələyib

ABŞ prezidenti Donald Tramp iki Venesuela döyüş təyyarəsinin ABŞ donanmasına aid gəminin yaxınlığından uçmasına reaksiya verib.

APA xəbər verir ki, Tramp bu haqda Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.

"Əgər bizi təhlükəli vəziyyətə salsalar, o təyyarələr vurulacaq. Düşünürəm ki, onların problemi olacaq. Biz onlara bunu deyirik. Təhlükəli mövqedə uçsalar, nə etmək istədiklərinə kapitanlarımız özləri qərar verəcək", - deyə Tramp bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol