Menu

Rusiya PUA-larının Kiyevə kütləvi hücumunda hökumət binasında yanğın olub

07.09.2025, 09:25
Rusiya PUA-larının Kiyevə kütləvi hücumunda hökumət binasında yanğın olub

Sentyabrın 7-nə keçən gecə Rusiya PUA-larının Kiyev şəhərinə kütləvi hücumu nəticəsində Ukrayna hökumətinin binasında yanğın baş verib.

"Report"un xəbərinə görə, bu barədə paytaxt meri Vitali Kliçko özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Svyatoşinski və Darnitski rayonlarında evlərə ziyan dəyib.

Bir uşaq daxil olmaqla ən azı iki nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol