Menu

"Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək" - NTV

07.09.2025, 10:48
"Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək" - NTV

Türkiyə və Ermənistan ilk dəfə nümayəndə heyəti səviyyəsində görüş keçirəcək.

Bu barədə "Report" Türkiyənin NTV telekanalına istinadən xəbər verir.

Görüşün gələn həftənin əvvəlində baş tutacağı gözlənilir.

İkitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı bəzi qərarların qəbulu, həmçinin əvvəllər qəbul edilmiş qərarların icrasının müzakirəsi planlaşdırılır.

Türkiyə tərəfdən nümayəndə heyətinə Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Serdar Kılıç rəhbərlik edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol