Menu

Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var

07.09.2025, 18:42
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var

Şəmkir rayon ərazisində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Kür qəsəbəsinə çağırışa gedən ambulans idarəetmədən çıxaraq körpüdən aşıb.

Qəza nəticəsində sürücü, həkim və tibb bacısı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol