Menu

"Putin açıq şəkildə danışıqlardan yayınır" - Zelenski

07.09.2025, 23:19
"Putin açıq şəkildə danışıqlardan yayınır" - Zelenski

Tərəfdaşlarımızın Rusiyanın hücumlarına geniş reaksiya verməsi vacibdir.

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın paytaxt Kiyev daxil olmaqla, bir sıra şəhərlərə təşkil etdiyi kütləvi hücumlara dair "Telegram" kanalında etdiyi paylaşımda bildirib.

O bildirib ki, bu hücumlarla Rusiya Ukraynaya daha çox ağrı verməyə çalışır: "Bu, Putinin dünyanı sınağa çəkməsinin açıq göstəricisidir. O görmək istəyir ki, bunu qəbul edəcəklərmi, yoxsa dözəcəklərmi. Məhz buna görə də liderlərin, dövlətlərin və beynəlxalq qurumların bəyanatlarının Rusiyaya qarşı sanksiyalarla, Rusiya ilə əlaqəli şəxslərə qarşı tədbirlərlə, sərt tariflər və digər ticarət məhdudiyyətləri ilə müşayiət olunması vacibdir".

Ukrayna Prezidenti qeyd edib ki, Putin danışıqları istəmir, açıq şəkildə bundan yayınır, buna görə də Rusiyanın yanacaq çatışmazlığı və digər iqtisadi problemləri atəşkəsə və ya liderlər səviyyəsində görüşə razılaşmaqdan imtinanın məntiqli cavabıdır.

Şərhlər

Roma 2025-09-08 10:21:08

Demək olar ki, bütün dünya Putinnən bacarmır, istədiyini edir, heç kimi eşitmir və s...dünyanı barmağına sarıyıb...Yəqin ki, bir çıxış yolu tapılar...

B.Qarabağlı 2025-09-08 08:45:42

Bütöv Canlı dünya-Yer aləmi bütün qarşıdurma və müharibələrə SON-VETO məramı və tələbindədir. Hər dövlət öz Konstitusion sərhəddinə çəkilsin və heç bir parça işğala da çalışmasın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol