Menu

"Rusiya bu müharibəni diplomatik yolla bitirmək istəmir" - Kelloq

08.09.2025, 08:32
"Rusiya bu müharibəni diplomatik yolla bitirmək istəmir" - Kelloq

Rusiyanın sentyabrın 7-nə keçən gecə Ukrayna şəhərlərinə qarşı həyata keçirdiyi kütləvi raket və PUA hücumu onun bu müharibəni diplomatik yolla bitirmək istəmədiyindən xəbər verir.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq öz “X” hesabında yazıb.

"İstənilən müharibənin təhlükəsi eskalasiyadır. Görünür, Rusiya vəziyyəti gərginləşdirir və müharibə tarixində ən böyük hücum Ukrayna Nazirlər Kabinetinin Kiyevdəki binasına dəydi", - Kelloq qeyd edib.

O xatırladıb ki, iki həftə əvvəl Ukraynada səfərdə olarkən o və baş nazir Yuliya Svırıdenko həmin gecə rusların vurduğu hökumət binasında olublar.

"Tarix göstərir ki, hadisələr bu cür hərəkətlərə görə nəzarətdən çıxa bilər. Buna görə də prezident Tramp bu müharibəni dayandırmağa çalışır. Hücum Rusiyanın bu müharibəni diplomatik yolla bitirmək istədiyinə dair bir işarə deyildi", - o əlavə edib.

Şərhlər

Roma 2025-09-08 10:03:34

Rusiya bütün dünyanı barmağına sarıyıb, onunla ciddi ölçülər götürülməlidi, əsil tarixi şərait yetişib, dünyanın bütün supergücləri birləşib Rusiyanı parçalasalar, yəni 7-8 dövlətə bölsələr, bu AYININ pəncəsindən Xalqlar və Millətlər qurtulmış olarlar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol