Menu

"Azərbaycan Prezidentinin Qazaxıstana səfəri hazırlanır" - Tokayev

08.09.2025, 12:10
"Azərbaycan Prezidentinin Qazaxıstana səfəri hazırlanır" - Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfərinin hazırlandığını bildirib.

"Report"un yerli bürosunun məlumatına görə, bunu K.Tokayev Qazaxıstan xalqına müraciəti zamanı deyib.

"İlin sonunda Rusiya və Özbəkistana rəsmi səfərlərim olacaq. Həmçinin Azərbaycan, Ermənistan, Türkmənistan rəhbərlərinin Astanaya səfərləri hazırlanır, bir sıra Asiya, Avropa, Afrika ölkələrinin başçıları ilə görüşlər və danışıqlar planlaşdırılıb", - K.Tokayev bildirib.

Onun sözlərinə görə, cari il əlamətdar tarixlərlə zəngin olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol